Gözəl bir cümlə varki dünyada bütün səhvlər artıq kimlərsə tərəfindən
buraxılıb və onlardan nəticə çıxarmaq üçün kitablar ən gözəl vasitədir.
Tez-tez məndən hansı kitabı oxumağı məsləhət bilirəm deyə suallar soruşurlar.
Adını verdiyim kitabları oxuyanlar sonda təşəkkürlə mənə qayıdıblar.
Kitabsevər biri kimi bu bloqumda sizə oxuduğum kitablar siyahısından
top 10 kitab təqdim edirəm ki onları oxusanız həyata baxışınız daha gözəl şəkildə
dəyişəcək.
p.s. – mənim oxuduğum kitabların əksəriyyəti rus və ingilis dilində
olduğundan onların üzlərini sizə oxuduğum dillərdə təqdim edəcəyəm.
- Müvəffəqiyyətə gedən yol - Əsədullah Əliyev
Azərbaycan müəllifi tərəfindən
yazılan mən deyərdim ki ilk şəxsi inkişafa aid çox uğurlu alınmış bir kitabdır.
Bu kitabı oxuyan hər kəs həyat yolunda olan çətinlikləri, əngəlləri necə
aşmağı, müvəffəqiyyəti necə qazanmağı, maddi ehtiyacları necə ödəməyi, könül
rahatlığını necə əldə etməyi öyrənəcək.
2. Narahatlığıa
necə son qoymalı və yaşamğa necə davam etməli - Dale Carnegie
Bu kitabı illər öncə oxuyanda
ağılagəlməz ideyalarla rastlaşdım. Müəllif, problemlərin həlli yolunda mükəmməl
strategiyalar təklif edir və onları həyatında tətbiq etmiş insanların təcrübələrini paylaşır
“Uğursuzluğunuzla uğurlarınızı
inkişaf etdirin. Məyusluq və uğursuzluq uğura aparan ən etibarlı iki pilləkəndir.”
3. Martin Eden - Jack London
Bu əsər demək olar ki həyatımın hər
mərhələsində mənə kömək olub. Baş qəhrəman Martin İden əslində müəllifin öz həyatında
yaşadıqları hadisələri əks etdirir. Kasıb bir dənizçinin sonda necə öz məqsəd və
arzularına çatdığı haqqında real hadisələrə əsaslanaraq yazılmış çox möhtəşəm
bir sənət əsəridir.
“Limitli ağıllar başqalarında
ancaq limitləri görər”
4. Kimyagər – Paulo Coelho
Bu əsər dünya şöhrətli
“bestseller” sayılır və həqiqətən də buna dəyər. Paulo Coelho əsərlərinin daim
oxuyucusu kimi əminliklə deyə bilərəmki yazıçının “Masterpiece” əsəri sayılır və
insana çox qəribə hissllər bəxş edir. Əsərdə, Şərq fəlsəfi
fikrində qırmızı xətlə keçən “vəhdəti-vücud” dünyagörüşünün bədii təcəssümü
kimi, insanın təbiətin bir parçası olduğu canlı boyalarla işlənilib. Heç nəyin
təsadüf olmaması, hər hadisənin, sözün, uğur və uğursuzluğun bir əlamət
olması romanın qayəsini təşkil edir. İnsan bu
əlamətləri anlayarsa və Öz Yolunu davam etdirərsə kainatın ona məqsədinə
çatmaqda yardım etməsi əminliyi İslam fəlsəfəsinin “nə
baş verirsə, insanın xeyrinədir” tezisi ilə üst-üstə düşür.
"İnsanın yeganə həqiqi borcu
- öz taleyinə, arzusuna qovuşmağa çalışmaqdır..."
5. Ferrarisini Satmış Rahib – Robin
Sharma
Şarmanın kitabı özünə rəhbərlik
etməyin məxsusi dərsliyi, gerçək uğur və xoşbəxtliyin səmərəli düsturudur.
«Ferrari»sini satmış vəkilin etdiyi kimi, dayanmaq və hər şeyi yenidən başlamaq
heç vaxt gec deyil.
6. Hər şey səninlə başlar - Mümin Sekman
Kitabda
yerli və dünya təcrübəsindən olan misallarla uğursuzluğa necə alışıldığı və
uğur qazanmanın necə öyrənildiyi haqda bəhs edilir.
7. VARLI ATA, KASIB ATA - Robert T.
Kiosaki, Şeron L. Lekter
9. Siddhartha – Hermann Hesse
Hind mövzusunda olan ‘Siddhartha’ (1922) povesti Hessenin ilkin yaradıcılığının ümumiləşdiricisi rolunda çıxış edir. Əsərin güclü psixosimvolik mövzusu isə onu yazıçının sonrakı işlərilə doğmalaşdırır.
10. You can, you will – Joel Osteen
Robert
Kiosaki və Şeron Lektorun müştərək yazdığı bu kitab insanlara müasir həyatda yüksək rifah içində yaşamağın yollarını,
varlanmağın sirlərini öyrədir. Müəlliflər öz təcrübələrini bölüşür, qanunları
pozmadan necə var-dövlət qazanmağın mümkün prinsip və şərtlərini təhlil edirlər.
8. Sirr - Rhonda Byrne
2 il əvvəl
oxuduğum, çoxdandı haqqında paylaşmağı düşündüyüm kitab — Sirr. Əvvəlcə
onu deyim ki, kitab dünyada 19 mln nüsxədən çox satılmış, 45 dilə tərcümə
edilmişdir. Ümumilikdə psixoloji kitabdı və insana ancaq pozitiv enerji verir.
"Diqqətinizi
çiçəklənməyə doğru yönəldin. Daxildə nə varsa, xaricdə də odur. Bu kitab sizə həsr olunur. Qoy bu Sirr sizə ömür boyu sevgi və xoşbəxtlik gətirsin!"
Hind mövzusunda olan ‘Siddhartha’ (1922) povesti Hessenin ilkin yaradıcılığının ümumiləşdiricisi rolunda çıxış edir. Əsərin güclü psixosimvolik mövzusu isə onu yazıçının sonrakı işlərilə doğmalaşdırır.
10. You can, you will – Joel Osteen
Bu
kitabın Bakıda satışı təəssüflər olsun ki yoxdur, amma sifariş ilə xarici
saytlardan asanlıqla almaq mümkündür. Kitab insana daim Allahın yaratdıqlarının
yanında olmasını, və Yaradanın köməyi ilə istənilən çətinlikləri dəf etmək
qabiliyyətini aşılayır.
Enjoy :)