Hörmətli
izləyici. Artıq bloqumda oxuduğum kitablar və onlar haqqında fikirlərim də
bundan sonra geniş yer alacaq. Maraqlandığınız kitablar və ya məsləhət biləcəyiniz
müəllif və romanlar varsa aşağıdakı rəylərdə (comments) öz fikrinizi yazmaqda
ürəkli olun :)
Bugün
hələ də oxuduğum bir kitabdan bəzi çox bəyəndiyim qeydləri yazmaq istəyirəm. 1
həftə əvvəl Natalia Pravdina adlı müəllifin bir kitabını oxudum. Kitab mənə çox
gözəl və fərqli bir təsir bağışladı. Düzdü, bu tip kitablar çox oxumuşam və
buna misal olaraq Joseph Murphy, Ronda Byrne, Natalia Pravdina, Napaleon Hill,
John Kehoe, Joe Vitale və s. misal göstərə bilərəm. Amma bu kitab çox axıcı bir
dildə yazılmış və məlumatlar digər sevdiyim müəlliflərin fikirlərini daha gözəl
ifadə etmişdir. Mənim çox sevdiyim və 30a yaxın kitabını oxuduğum filosof
Joseph Murphy-nin bir növ ardıcılı olaraq Natalia Pravdina Sankt Peterburqda
böyüyüb başa çatdığına görə bizim ölkənin psixologiyasına daha yaxın formada
yazır. Kitabda ən bəyəndiyim nüanslardan bəzilərini bura qeyd kimi götürmək istəyirəm.
1. Allah bizləri xoşbəxt yaşamaq
və həyatdan həzz almaq üçün yaratmışdır.
2. Bizim hər birimiz əlçatmaz və
çox güclü bir mənbədən yararlanırıq. Vacib olan o gücü dərk etmək, ona tərəf
addımlamaqdır.
3. İstənilən əlçatmaz arzuların
çin olması mümkündür.
4. Gözəl şeylər və qiymətli əşyalar
görən zaman “niyə bunlar mənim deyil” deyə özünüzü acı fikirlərlə yükləməyin!
Sevinin! Sevinin ki bunlar var. Uğura nail olan insanlara paxıllıq etməyin,
onlara xeyir dua verin.
(P.s. - Burda müəllifin qeyd
etmək istədiyi gözəl bir nüans var: paxıllıq. İnsan övladının sanki qanında var
bu hiss və həqiqətən bu hiss çox mənfi, neqativ və insanın özünü məhv edə biləcək
dağıdıcı bir hissdir. İnsan paxıllıq hissinə qalib gələ bilərsə içində çox
rahat bir abu hava yaranar ki onun həyat enerjisini, sağlamlığını və gözəlliyin
artırar. Paxıllıq elədiyiniz insana dua eliyin. Çox çətin olsa da ama ona hədiyyələr
bağışladığınızı düşünün, fikrən özünüzü ondan azad edin. Sizdə də Allahın
yaratdığı bir çox şeylər var ki başqalarında yoxdur, buna görə də şükr edin.)
5. Sizə verilən hədiyyəni heç
vaxt pisləməyin, sizə deyilən komplimentləri qəbul edin və sizə “bugün çox gözəl
görünürsüzüz” deyilərkən əvəzində “yox nə danışırsınız? Bugün çox yorğunam, saçım
səliqəsizdir, bu paltarı 100 ildir geyinirəm” deməyin. Nə zaman sizə bunu desələr
o zaman gülümsəyin və təşəkkür edin.
6. “Qara gün” üçün pul ayırmayın,
yoxsa doğurdan da o gün gələr. Ondansa pullarınızı xeyrli şeylərə invest edin.
7. Yeniliyin üzünə açıq olun. Həyatınızda
hər hansı yerni bir adam görünməyə başlasa, ondan dərhal qaçmayın. Bəlkə o sizə
tamamilə gözləmədiyiniz yeni imkanlar yaratmaq üçün sizə göndərilib. Ona tərəf
birinci addımı siz atın.
8. Tezliklə böyük yeniliklər tələb
etməyin! Deməyin ki pozitiv düşüncə işləmir. Buna müəyyən vaxt lazımdır. Bu
mütləq baş verəcək, nə vaxt baş verməsi isə müəyyən faktorlardan asılıdır. Ona
görə inamlı olun və sizdə hərşey alınacaq!
9. Qəlbinizdə təkcə öz uğurunuza
görə sevinməyin, həm də başqalarının uğurlarına sevinməyi öyrənin!
10. Xoşbəxtlik hissi sizin ən dərində
olan arzularınızın həyata keçməsinə, onun boy atmasına kömək edir.
11. Öz çevrənizə xoşbəxtlik,
sevinc və sülhpərvərlik enerjisi yayımlayın. O zaman uğur özü sizi tapacaq.
12. NƏYİN HAQQINDA DÜŞÜNÜB
DAŞINIRIQSA TƏZƏDƏN QÜVVƏTLƏNMİŞ HALDA ÜSTÜMÜZƏ QAYIDIR.
13. Özünüzdə sevinc dünyası qurun
və onu müdafiə edin. Ruhunuzun gücünə inanın. Öz duruşunuza və üzünüzün ifadəsinə
diqqət yetirin. Öz bədəninizə qulluq edin və onu sevin. Həmişə parlaq və gülərüz
olun ki uğur sizi tapsın.
14. Xoşbəxt olmağa çalışmayın,
xoşbəxt olun! “Mən xoşbəxt olmaq istəyirəm” deməyin elə indicə xoşbəxt olun!
15. Mənim xoşbəxtliyim Allaha olan
sevgim qədər hüdudsuzdur!
Qeyd edim ki kitabı hələ
bitirməmişəm. Bu kitabın bir hissəsi idi, digər yarısından olan qeydlərimi növbəti
yazımda ətraflı şəkildə sizlərə çatdıracağam.
Enjoy the life! :)
Fidan Həbibli. 05 Avqust 2015
No comments:
Post a Comment