Kitabları sevənlər, kofe sevənlər, filmləri sevənlər, maraqlı fotoları sevənlər, motivasiya axtarışında olanlar və bir sözlə, həyatdan zövq almağı və yaşamağı sevən hər kəs yazılarımı oxumağa dəvətlidir :) Buyurun, xoş mütaliələr...
Wednesday, 6 January 2016
Belə sakit durduğuma baxma, içimdə hansı fırtınalar qopur bilmirsən... (2010)
Belə sakit durduğuma baxma, içimdə hansı fırtınalar qopur bilmirsən!...
Bəzən gözlərimdən oxunar yalnızlığım, bəzən sözlərim dilə gətirər qəlbimdəki ağrılarımı.. Ürəyimi dindirməyincə bilməzsən kimliyimi, hansı düşüncə ünvanına aid olduğumu...
Belə sakit durduğuma baxma.. Qəlbimin hayqırtılarının necə coşqun olduğunu bilmirsən!...
Gözümdən axan gizli yaşlar analayar mənim səssizliyimdə danışan qəlbimi. Gecənin sükutu başlarkən göylərə açaram ürəyimi, gözlərimdən oxuyar ulduzlar kəlmə-kəlmə sözlərimi, bəzən axıb gedərlər çarəsizliyimdən...
Belə sakit durduğuma baxma, qəlbim dolub daşarkən barmaqlarımdan tökülən sözlərimin anlamını bilmirsən!..
Həyat dənizim o qədər dərin ki, üzə çıxmaqçun suları cırmaqlamalı oluram bəzən.. Yağan yağışlar gözümdən axan yaşlara qarışsa belə yenə söndürə bilmir ürəyimi əridib külə döndərən alovumu. Köz bağlamış yaralarımın ağrısından yaranan saf göz yaşlarım belə durulda bilmir bulanmış həyat dənizimin suların...
Belə sakit durduğuma baxma, başımın üstündə dolanan qara buludların çiynimə saldığı kölgərin ağırlığını necə zülmlə daşıdığımı bilmirsən!..
İşığı görə-görə hər yeri zülmət görür gözlərim, gözəlliyi duya bilmir ürəyim. Günəş istisinin belə əridə bilmədiyi buza dönmüş arzularımı qəlbimin alovuna atsam da nə buzlar əriyər, nə də qəlbim soyuyar..
Belə sakit durduğuma baxma, içimdə hansı fırtınalar qopur bilmirsən!... Ürəyimi dindirməyincə bilməzsən kimliyimi, hansı düşüncə ünvanına aid olduğumu...
Fidan Həbibli
11 Avqust 2010
Subscribe to:
Post Comments (Atom)
This comment has been removed by a blog administrator.
ReplyDeleteÇooox ama bu qəlbə bu hisslərə görə çox sağolun.
ReplyDeleteTəşəkkür edirəm oxuduğunuz üçün
Delete