Zövq
almıram artıq heç bir səhərdən,
Qismətimin
yolu keçir kədərdən,
Yükləyib
çiynimə xatirələri,
Güc
alaraq tükənməyən göylərdən,
Gedəcəyəm
bir gün mən bu şəhərdən...
Sağalmamış
qəlbdə olan yaralar,
Günü
gündən ruhum solub saralar,
Harda
olsam həsrət məni qaralar,
Baş
götürüb qaçmaq üçün qəhərdən,
Gedəcəyəm
bir gün mən bu şəhərdən...
Üzüm
cavan içim qocadan betər,
Bu qədər
üzüntü, sıxıntı yetər,
Bu
ölkədə gənclər məndən beşbetər,
Bezib
həm “yaxşı”dan, həm “birtəhər”dən
Gedəcəyəm
bir gün mən bu şəhərdən...
Fidan M. Hebibli
01.Aprel.2014 11:20 p.m.
Ludovico Einaudi - Run
No comments:
Post a Comment