İnsan
olmaq çox ağır yükdü, bəlkə də ən bədbəxt varlıqdı insan canlılar içində, elə
olmasaydı dünyaya ağlıya ağlıya gəlməzdik və ağladaraq yola salınmazdıq...
Amma
insan düşünmək istəmir bəzən, sadəcə yaşamaq istəyir. Hər yaşda bir məqsəd, bir
arzu.. Uşaqkən məktəb arzusu, məktəbdə oxuyarkən Universitet arzusu,
Universitetdə oxuyarkən iş tapmaq arzusu, işlərkən ailə qurmaq arzusu, övlad
sahibi olmaq arzusu və sonra da o övladın eyni bu şeyləri arzulaması zəncirvari
davam eliyir. Kimisinin yarımçıq qalır arzuları ölüb gedir bu dünyadan, kimisi
də 20 yaşında ölər ama 80 yaşına kimi ölü kimi yaşıyar birdəfəlik ölmək
arzusuyla.
İnsanları
kənardan seyr eliyirəm, görəsən göründükləri qədərmi laqeyddilər bu həyata?
Heçmi düşünmürlər niyə yaradıldıqlarını, kainatın niyə bu qədər böyük olduğunu?
Heçmi özlərinə səmadan baxmırlar? Baxmırlar.. Baxsaydılar kiçik şeyləri özlərinə
dərd eləməzdilər. İntihar eləməzdi gənclərimiz, gözü görə görə özünü metronun
altına atmazdı, çəkəcəyi ağrıları bilə bilə odu özünə vurub yandırmazdı bir
daha özünə qayıtmayacaq canını.
Səmadan
baxanda insan heç kimi görünür. Kainatdan baxanda planetimiz bir nöqtədi.
Oralarda zaman anlamı yoxdu, gecə gündüz yoxdu. Səssizlikdi, kimsəsizlikdi.
Birdə orda düşün özünü ey insan, gör sən nə qədər kiçik bir varlıqsan. Amma bu
kainatda sənin də yerin var, doğulmamışdan əvvəlki zamanı xatırlaya bilmədiyin
o yoxluqda deyilsən artıq, gəlmisən bu aləmə. Özünə dəyər ver, xırda hisslərə
bu dünyadan yapışmaq yaradılış məqsədinə yaraşmır. Hisslər müvəqqətidi,
cisminlə birgə gedəcək, ruh aləmində yaşakı heç vaxt ölməyəsən... Çıx çərçivədən,
rəsm yalnız görüntünün bir hissəsidi...
28
Mart 2014 01:48 a.m.
No comments:
Post a Comment