Hər dəfə
yıxılınca, özün tək ayağa durmağı öyrənəcəksən!
Təklikdə
bütövləşəcəksən,
Yaşayacaqsan..
Yaşlanacaqsan...
Kimsədən
asılı olmamağı öyrənəcəksən!
İstər
maddi, istər mənəvi, istər cismani.
Sahib
çıxacaqsan özünə
Kimsələrə
əzdirməyəcəksən mənliyini
Çox
istəyib bildirməyəcəksən,
Darıxacaqsan
amma gizlədəcəksən
Gizlənəcəksən
hərdən hamıdan
Qaçacaqsan
özün özündən bəzən
Sındıracaqlar
qəlbini sən yumşaq görününcə,
Yapışdırıb
yenə sən olacaqsan
Baxdığın,
toxunduğun hər şey
Gəzdiyin,
gördüyün hər yer çirkab olsa da,
Sən təmiz
qalacaqsan!
Qoymayacaqsan
zəmanə səni də özünə oxşatsın
Sən
“SƏN” olacaqsan!
Dəyişməyəcəksən
nəyəsə, kiməsə görə.
Sənin
paxıllığını çəkənlərə,
Sənin
yıxıldığını görmək istəyənlərə
Sən
xoşbəxtlik arzulayacaqsan!
Səni
incidənlər, ağladanlar üçün
Sən
dua edəcəksən!
Hər
şeyə rəğmən qəlbini pak saxlayacaqsan!
Ağlayacaqsan,
hönkürəcəksən,
Dərdini
səmalara açacaqsan
Amma
sıxıntını heç kimə bildirməyəcəksən!
Ya
bir yazı yazacaqsan,
Ya şəkil
çəkəcəksən.
Alınmasa
da edəcəksən, sırf sakitləşməkçün.
İçindəki
əzabları materiallaşdırıb sənətə çevirəcəksən
Amma
bunu heç kimə bildirməyəcəksən.
Zamanla
aldanacaqsan yenə
İnandıracaqlar
sevdiklərinə
Amma əzizlərinə,
qohumlarına belə inanmayacaqsan!
Bel
bağlamayacaqsan heç kimə
Sarılmaq
istəsən dizlərinə sarılacaqsan,
Danışmaq
istəsən kölgənlə, güzgüdəki əksinlə danışacaqsan!
Möhkəmliyini
göstərdikcə əzəcək səni həyat
Sən
yenə sabahlarına inamla gözləyəcəksən!
Güləcəksən!
Bütün
olanlara rəğmən
Yenə
güləcəksən...
Səni
ağladanların üzünə güləcəksən!
Gülüşünü
onlara sədəqə edəcəksən!
Səni
anlamayanları sadəcə seyr edəcəksən,
Yaxınlaşmayacaqsan,
danışmayacaqsan cahillərlə.
Sağalacaq
yaraların
Sən
gücləndikcə daha güclülərlə üzləşəcəksən
Qarşına
yeni cəbhələr çıxacaq
Eyni
zamanda bir neçə cəbhəylə vuruşacaqsan
Tək
başına..
Öyrənəcəksən
müxtəlif qüvvələrə qarşı tək çıxmağı
Bəzən
tapdalıyıb keçəcəklər səni...
Var
gücləriylə əzəcəklər...
Ağrılarından
ruhun canından çıxmaq istəsə də
Təslim
olmayacaqsan!
Yaralarına
basıb biraz da möhkəmlənəcəksən!
Gözlərin
qan ağlasa da
Ürəyin
“təslim ol” desə də,
Hər
şeyini itirsən də mübarizələrdə
Bir tək
imanını, inamını itirməyəcəksən!
Yaradan
dayağın, dualar silahın olacaq
Və sən
sonda qalib çıxacaqsan.
Səni
məhv etmək istəyənləri
Sən əhv
edəcəksən..
Arxada
buraxıb hamını və hər şeyi
Arxana
baxmadan çıxıb gedəcəksən meydandan qalib kimi!..
Və sən
“SƏN” olacaqsan
bir
nümunə kimi..
Rəqiblərin
belə səninlə fəxr edəcək
Heç
kimə nifrət eləmədən yaşayacaqsan
Yaşlanacaqsan..
və,
Öyrənəcəksən
bu həyatda tək qalmağı!
Özün
iki ayağın üstə başını dik tutub
Qalxmağı
öyrənəcəksən!...
18
Oktyabr 2014
This comment has been removed by a blog administrator.
ReplyDelete